İdman

Akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı başlayıb - FOTO

4 Sentyabr 2015 17:44
Baxış: 1 328
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Gimnastika Məktəbində akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyi start götürüb.

Trend-in məlumatına görə, yarışlarda Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu və Nizami rayon İdman Məktəbini təmsil edən 36 gimnast iştirak edir.

Bakı Gimnastika Məktəbinin direktoru Adil Hüseynzadə və Azərbaycan Gimnastika Federasiyasının idman meneceri Azər Novruzov yarış iştirakçılarını salamlayıb.

Yarışlarda yeniyetmələr proqramı və yaş qrupları üzrə kişi, qadın və qarışıq cütlüklər, həmçinin triolar medallar uğrunda mübarizə aparacaq.

Trioya Azərbaycanın akrobatika yığmasının üzvləri, Bakı-2015 ilk Avropa Oyunlarının iştirakçıları Lalə Hüseynova, Aynur HüseynovaNərmin Ramazanova daxildir.

A.Hüseynzadənin sözlərinə görə, əvvəlki yarışlarla müqayisədə iştirakçıların səviyyəsi artıb: "Deyə bilərik ki, dünya səviyyəli idmançılarımız var. Onların əksəriyyəti Bakı Gimnastika Məktəbini təmsil edir. Onlar Azərbaycanı Avropa Oyunlarında təmsil edən triomuz və kişilərdən ibarət cütlükdür. İdmançıların artistlik qabiliyyəti yüksək səviyyədədir. Onların çıxışını, kompozisiyalarını və ifalarını yüksək qiymətləndirirəm. Xoreoqrafiyada olduğu kimi, akrobatikada da güclü olan qarışıq cütlüklərimiz də perspektiv vəd edir. Onların böyük gələcəyinin olduğunu düşünürəm".

Qeyd edək ki, sentyabrın 5-də akrobatika gimnastikası üzrə 22-ci Bakı çempionatı və birinciliyinin final mərhələsi keçiriləcək. Nəticələrə uyğun olaraq idmançılar medal və hədiyyələrlə mükafatlandırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.