İdman

Prosineçki: "Bu suala cavab vermək istəmirəm"

4 Sentyabr 2015 12:37
2 Şərh     Baxış: 900
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az goal.az-a istinadən xəbər verir ki, milli komandamızın baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Xorvatiya ilə oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında qarşılaşma bardə danışıb:

- Oyunçularımla fəxr edirəm. Çünki bizim rəqibimiz Avropanın ən güclülərindən biri idi. Mənim komandam mübarizə apardı, futbol oynadı. Bu, Azərbaycan futbolu üçün yaxşı nəticədi. Bu yaxşı nəticəyə sevinmək olmur. Çünki 3 gündən sonra yenə oyunumuz var. Fürsətdən istifadə edib azarkeşlərə minnətdarlıq edirəm. Bizi möhtəşəm dəstəklədilər.

- Rauf Əliyevin yox, Məhəmməd Qurbanovun hücumda yer almasının səbəbi nə idi?

- Bu suala cavab vermək istəmirəm.

- Xorvatiya yığmasını tanımağınızın bu gün xeyri oldu?

- Təbii ki, xeyri oldu. Amma ilk növbədə, komandanın mübarizəsi hesabına 1 xal qazandıq. Onlarla fəxr edirəm. Rəqibin oyunçuları nəhəng klublarda çıxış edirlər. Onlara qarşı mübarizə aparmaq asan deyil.

- Millimiz tarixində ilk dəfə ardıcıl 3 rəsmi oyunda qol buraxmadı. Bu, sizin üçün nə deməkdi?

- Bu, mənim üçün o deməkdi ki, oyunçularım düzgün çalışır, öz üzərində işləyirlər. Onlarda inam qayıdıb. Xovatiyanın İtaliya ilə oyundan başqa bütün matçlarda qələbə qazandığını da nəzərə almaq lazımdı. İtaliya ilə matçı çıxmaq şərtilə onlar ilk dəfə xal itirdilər. Məncə, oyunçularımızla fəxr etməlisiniz.

- Belə oyunla Maltaya qarşı nəyə ümid etmək olar?

- Siz, deyəsən, Xorvatiyanın tam gücünü, onların nəyə qadir olduğunu bilmirsiniz. Malta ilə matçda da sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik. Gəlin, ilk növbədə, bu heç-heçənin sevincini yaşayaq. Malta ilə matç haqda orda danışarıq.

- Bir il əvvəl 0:6 hesabı ilə uduzduğumuz komandaya qarşı prixoloji cəhətdən hazırlaşmaq çətin olmadı?

- Bundan əvvəl iki rəsmi oyun keçirmişdik. Komanda artıq özünə inanır. Futbolçularla intensiv çalışmanın nəticəsini bu gün gördük.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.