İdman

"Çalışacağıq ki, səfərdən də gülə-gülə dönək"

4 Sentyabr 2015 11:23
1 Şərh     Baxış: 990
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yığmanın ən çətin oyunlarından biri oldu. Şükürlər olsun ki, məğlub olmadan ayrıldıq.

Milli.Az bildirir ki, bu sözləri oyundan sonra apasport.az-ın da suallarını cavablandıran Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirov deyib. 

Avropa Çempionatının seçmə qrup mərhələsi çərçivəsində sayca yeddinci oyununa çıxan yığmamız Xorvatiya ilə qarşılaşıb. Ötən ilin oktyabrında səfərdə biabırçı məğlubiyyətlə barışmalı olan millimiz bu dəfə qolsuz heç-heçə edib. Oyun haqda danışan futbolçu yığmanın layiq olduğu 1 xalı qazandığını deyib:
 
"Əsas odur ki, xalqımızı sevindirik. Meydanı layiq olduğumuz 1 xalla tərk etdik".
 
Futbolçu son dəqiqələrdə hücuma can atmamasının səbəbini isə belə izah edib: "Tapşırığım rəqibi əks-hücumda yaxalamaq idi. Epizodların birində hücuma atıla bilərdim. Amma həmin epizod zamanı topu itirsəydim, rəqib əks-hücum quracaqdı".
 
Hücumçu baş məşqçinin əsas tapşırığının fərdi bacarığından faydalanmaqla bağlı olduğunu da deyib: "Cərimə meydançasına çox girməməli idim. Orta xətdə sıxlıq yaratmalıydıq".
 
"Xəzər Lənkəran"ın üzvü sentyabrın 6-da Malta ilə keçiriləcək qarşılaşma haqda isə bunları bildirdi: "Əhval-ruhiyyəmiz yaxşıdı. İndi bütün diqqətimizi Malta ilə oyuna yönəltmişik. Çalışacağıq ki, səfərdən də gülə-gülə dönək".
 
O, Xorvatiya ilə oyunda qazanılan 1 xalın millidə eyforiya yaratmayacağına da toxunub: "Bu nəticə bizdə eyforiya yaratmayacaq. Buna inanmıram. Əksər futbolçular yığmada neçə illərdi çıxış edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.