İdman

Rövnәq Abdullayev Füzuli Ələkbərovun yerinə gətirilir?

4 Sentyabr 2015 00:02
Baxış: 6 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiyaya qarşı oynadı. 

Komandamız rəqiblə oyunu 0:0 hesabı ilə başa vurmağı bacararaq oyundan 1 xalla ayrılıb. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnәq Abdullayev jurnalistlərin suallarını cavablandırıb. O, millinin oyununu yüksək qiymətləndirib:

"Komandamız yaxşı oynadı. Onları tәbrik edirәm. Avropanın 5-6 әn yaxşı komandasından birinә qarşı belә oynamaq yaxşı haldır. Xorvatlar bura çox arxayın gәlmişdilәr. Amma biz onlara layiqli müqavimәt göstәrdik. Demәk olar ki, "6:0"ın әvәzini çıxdıq".

Abdullayev "Cüdo Federasiyasının prezidenti olacağınızla bağlı gәzәn xәbәrlәr nә dәrәcәdә doğrudur?" sualına belә cavab verib: 

"Baxarıq, görәrik necә olacaq..."

Xatırladaq ki, son günlər mediada Azərbaycan Cüdo Federasiyandan şikayətlər yer almaqdadır. İdmançılar cüdo idman növündəki uğursuzluqları məhz hazırki federasiya prezidenti Füzuli Ələkbərovun işindəki nöqsanlarda görürlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.