İdman

Rövnəq Abdullayev: "Xorvatlar Bakıya çox arxayın gəlmişdilər"

3 Sentyabr 2015 23:55
0 Şərh     Baxış: 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uşaqlar çalışdılar, zarafat deyil, Xorvatiya Avropanın ən güclü komandalarından biridi, heyətlərində ən güclü futbolçular yer alıb". Milli.Az apasport.az-a istinadən xəbər verir ki,bu sözləri AFFA Prezidenti Rövnəq Abdullayev deyib.

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan - Xorvatiya oyunundan sonra (0:0) apasport.az saytına açıqlama verən Rövnəq Abduallayev nəticədən məmnun qaldığını bildirib:
 
"Futbolçuları bu nəticəyə görə təbrik edirəm. Görüşdüm onlarla, hamsını təriflədim. Oyunçularla görüşəndə yenə tapşırdım ki, yaxşı futbol oynayın. Mən həyatımda ilk dəfə Xorvatiyadakı oyunun birinci hissəsində stadionu tərk eləmişdim. Xorvatlar Bakıya çox arxayın gəlmişdilər, onlar fikirləşirdilər ki, yenə həmin hesab olacaq. Amma bizimkilər mübarizə apardılar və layiqli nəticə qazandılar".
 
AFFA Prezidenti Azərbaycan Cüdo Federasiyasına mümkün təyinatı ilə bağlı suala isə belə cavab verib:
"Bu barədə hələ heç nə məlum deyil. Vaxtı çatanda bilinəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.