İdman

Modriç Azərbaycanla oyunu şərh etdi

3 Sentyabr 2015 23:48
1 Şərh     Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiyaya qarşı oynadı. 

Komandamız rəqiblə oyunu 0:0 hesabı ilə başa vurmağı bacararaq oyundan 1 xalla ayrılıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matçdan sonra rəqib komandanın yarımmüdafiəçisi Luka Modriç fikirlərini bölüşüb:

"Yaxşı oynaya bilmәdik. Müәyyәn sәhvlәr etdik. Bu sәhvlәrә baxıb nәticә çıxarmaq lazımdır. Azәrbaycan millisinin dә әmәyini qiymәtlәndirmәk lazımdır. Onlar bizә qarşı yaxşı oynadılar. Hәr hansı futbolçunu qeyd etmәk istәmәzdim. Komanda şәklindә yaxşı çıxış etdilәr".

Xorvat ulduz "Bәlkә gücünüzü Norveçlә oyuna saxlamısız?" sualına belә cavab verib: 

"Yox , qәtiyyәn belә düşünmürәm. Bu oyunda qәlәbә qazanmalıydıq ki, Norveçlә oyuna rahat çıxaq".

Modriç Azərbaycan millisinin baş məşqçisi Prosineçkinin Xorvatiya millisininin oyun taktikasını tanımağı məsələsinə də aydınlıq gətirib:

"Prosineçki yaxşı komanda qurub. Amma meydanda futbolçular oynadı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.