İdman

Cavid Hüseynovun adı "Qəbələ"nin sifariş ərizəsində

3 Sentyabr 2015 12:31
44 Şərh     Baxış: 2 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsi açıqlanıb.

"Report-un məlumatına görə, siyahıda 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.

Onların arasında hazırda həbsdə olan Cavid Hüseynov da var.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrjkeviç

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael

Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis David Meza Kolli

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov

Baş məşqçi: Roman Qriqorçuk

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında PAOK (Yunanıstan), "Krasnodar (Rusiya) və "Borussiya" (Dortmund, Almaniya) komandaları ilə eyni qrupda yer alıb. İlk rəqib PAOK olacaq. Oyun sentyabrın 17-də Bakıdakı "Bakcell Arena"da təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.