İdman

"Old Trafford"u siçanlar basıb

3 Sentyabr 2015 09:45
1 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted" futbol klubunun "Old Trafford" stadionu sanitar təftişin yekunları üzrə yüksək qiymət ala bilməyib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb meydanda və tribunaların altındakı məkanlarda xeyli sayda siçanların aşkar edilməsi olub.

Yoxlamalar zamanı arena ərazisindəki restoranların işindən də narazı qalınıb. Məhsulların saxlanılma normalarının pozulması müəyyən edilib.

Qeyd edək ki, 2006-cı ildə "Mançester Yunayted" "Berton Albion" ilə İngiltərə Kubokunda qarşılaşarkən qonaq futbolçuların bəziləri meydanda gəmiricilərin olmasından şikayətlənmişdilər. 4 ildən sonra "Qırmızı şeytanlar" "Vest Hem"i qəbul edərkən siçan fotokameranın obyektivinə düşmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.