İdman

Futbolçu məşq zamanı öldü

3 Sentyabr 2015 09:20
3 Şərh     Baxış: 2 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 Yunanıstanın "Veriya" klubunun qapıçısı Stelios Markusis məşq zamanı vəfat edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə klubun açıqlamasında bildirilir.

Məlumata əsasən, 18 yaşlı idmançı komanda ilə birgə məşq edərkən özünü pis hiss edib və huşunu itirib. Stelios Markusis dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq onun ölümünə səbəb kimi ürək tutması göstərilir.

Qeyd edək ki, "Veriya" klubu Yunanıstan çempionatında iki turdan sonra 5-ci pilləni tutur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.