İdman

Futbolçularımız Xorvatiya ilə oyundan nə gözləyirlər?

2 Sentyabr 2015 21:14
3 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycan milli komandası Avropa Çempionatının seçmə oyunları çərçivəsində Xorvatiyanı qəbul edəcək. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, oyunöncəsi yığmamızın üzvləri jurnalistlərin suallarını cavablandırıblar. 

Komandanın kapitanı Rәşad Sadıqov rəqib komandanın oyununu qiymətləndirib:

"Biz rәqibin gücünü bilirik. Çox yaxşı komandadır vә heyәtlәrindә ulduzlar var. Amma onlara qarşı layiqli müqavimәt göstәrmәyә çalışacağıq. Öncә rәqibә qarşı ehtiyatlı olmalıyıq. Provakasiyaya getmәməliyik. Çünki bu, bizә baha başa gәlәr. İlk oyunda onlara 0:6 uduzmuşuq. Rәqibin heyәtindә dә provakasiyaya gedәnlәr var".

"Hamı Azәrbaycan millisinin gücünü Robert Prosineçkidә görür. Buna münasibәtiniz necәdir?" sualına isə Sadıqov belə cavab verib:

"Müasir futbolda baş mәşqçi önәmli rol oynayır. Ona görә dә bu, düzgün fikirdir".

Rahid Әmirquliyev isə "Uzaqdan zәrbә ilә qol vurmağı düşünürsüz?" sualını belə cavablandırıb:

"Mәnim üçün fәrqi yoxdur kim qol vuracaq. Mümkün ola da bilәr, olmaya da. Әsas odur ki, layiqli müqavimәt göstәrәk".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.