İdman

"O durumda deyiləm ki, köməklik edim"

2 Sentyabr 2015 16:12
6 Şərh     Baxış: 2 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan I Divizionunda çıxış edən "Zaqatala" klubuna maddi dəstək göstərdiyinə dair xəbərlərə münasibət bildirib.

43 yaşlı mütəxəssis report-a açıqlamasında belə xəbərlərdən məlumatsız olduğunu söyləyib.

O, bütün diqqətinin "Qarabağ"a yönəldiyini vurğulayıb. Q.Qurbanov deyib ki, "Zaqatala" klubunun öz rəhbərliyi var və kimin tərəfindən maliyyələşəcəyini tam dəqiq bilmirəm. Hər halda federasiya da bir təsisçi kimi kömək edəcək".

Baş məşqçi Zaqatala komandasına hansısa köməklik edəcək vəziyyətdə olmadığını da əlavə edib: "Mən o durumda deyiləm ki, Zaqatala komandasına hansısa köməklik edim və onların işinə qarışım".

Qeyd edək ki, "Zaqatala" klubunun prezidenti Qurban Qurbanovun qardaşı Musa Qurbanovdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.