İdman

Prosineçki: "Azərbaycan millisi bundan artığına qadirdir"

28 Mart 2015 23:47
1 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Oyundan razı qaldım. Komanda əlindən gələni etdi. Ancaq bundan yaxşı çıxış edə bilərdik. Azərbaycan millisi bundan artığına qadirdir".

Milli.Az qol.az-a istinadən bildirir ki, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki "Avro-2016"nın seçmə mərhələsində Malta üzərində qələbədən (2:0) sonra deyib.

- Komandamız hesabı açandan sonra hücumun kəsəri azaldı. Niyə Məhəmməd Qurbanovu oyuna buraxıb onun necə hücumçu olduğunu Azərbaycan xalqına göstərmədiniz?

- Rəqib beş müdafiəçi ilə oynayır. Mənim öz futbol fəlsəfəm var. Daha yaxşısını mən bilərəm. Namiq Ələsgərovun zədələnməyi planlarımızı pozdu. Ancaq hücum xəttindən razı qaldım.

- Yığmamız sanki qorxurdu. Bu geri çəkilmənin səbədi nə idi?

- Sözsüz ki, psixoliji təzyiq var idi. Çünki əvvəlki dörd oyunda komandamız uduzub. Təbii ki, 90 dəqiqə hücum etmək də olmaz. Bəli, səhvlərimiz oldu. Ancaq nəzərə almalıyıq ki, üç futbolçu ilk dəfə idi ki, millidə rəsmi oyuna çıxdı.

- Razısızmı bu gün millimizdə ən zəif Arif Daşdəmirovla Əfran İsmayılov idi?

- Sizinlə razı deyiləm. Bəli, onlar top itkilərinə yol verdilər. Əfranın böyük potensialı var. Bundan sonra daha yaxşı oyunlarını görəcəyik. Bu gün klublarında çox oynayan futbolçulara şans verdim. Ümid edirəm ki, legioner həyətı keçirən futbolçularımız da klublarında daha çox çıxış edəcək.

- Rahid Əmirquliyev hər zaman dağıdıcı oyunu ilə yadda qalıb. Bu gün isə onu fərqli ampluada gördük. Onun oyununu necə qiymətləndirirsiniz?

- Son dörd ayda Rahidin oyunlarını çox izləmişəm. O, stabil futbolçudur. Həmişə yaxşı oynayır, peşəkar futboçudur. Ondan çox razıyam.

- Maltanın ikinci hissədə belə gözəl oyun nümayiş etdirməyi sizi təəssüfləndirmədi ki?

- Bilirdim ki, Malta ilə oyun çətin olacaq. İtaliya bu komandaya çətinliklə qalib gəldi. Rəqib ikinci hissədə bizdən güclü idi. Malta istənilən komandaya çətinlik yarada bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.