İdman

"Qalatasaray" dünya çempionu ilə heyətini gücləndirib

31 Avqust 2015 19:39
0 Şərh     Baxış: 1 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" transfer pəncərəsinin bağlanmasına saatlar qalmış heyətini alman futbolçu ilə gücləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Borussiya Dortmund"un keçmiş kapitanı Kevin Qroskroytz İstanbul klubuna cəlb olunub. O, "Qalatasaray"da mövsümün sonuna kimi icarədə çıxış edəcək. 27 yaşlı dünya çempionu həm sağ, həm də sol cinahda oynamaq bacarığına malikdir. Qroskroytz 2009-cu ildən "Borussiya" formasını geyinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.