İdman

Abramoviç Poqbaya 154 milyon verəcək?

30 Avqust 2015 08:45
0 Şərh     Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un fransalı ulduzu Paul Poqba "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyonun ağlından çıxmır ki, çıxmır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçunu Londona gətirmək istədiyini bir neçə dəfə deyən Joze "Qoca senyora"ya rekord məbləğdə pul təklif edə bilər. İngiltərənin nüfuzlu "Deyli Ekspres" (Daily Express) qəzeti rusiyalı milyarder Roman Abromoviçin klubunun Poqba üçün fantastik məbləğ - 154 milyon sterlinq təklif etməyə hazırlaşdığını iddia edib.
Qəzetin xəbərinə görə, Poqba paytaxt klubundan 5 illik müqavilə üçün 82,5 milyon sterlinq tələb edib. Ayrıca, qaradərili ulduzun İngiltərəyə gətirilməsi üçün Abromoviçin klubu "Yuventus"a 72 milyon sterlinq ödəməlidir. Lakin Poqbaya "Barselona"nın önümüzdəki yaz üçün təklif etdiyi ildə 16,5 milyon sterlinq və ya həftədə 318 min sterlinqlik təklifi daha cəzbedici gəlir. Məlumata görə, transfer pəncərəsinin bağlanmağına bir neçə gün qalmış futbolçunun gələcək klubu müəyyən olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.