İdman

"Qarabağ"ın rəqibi "Real"dan müdafiəçi transfer edib

29 Avqust 2015 14:00
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının J qrupunda Ağdamın "Qarabağ" klubu ilə mübarizə aparacaq "Monako" daha bir futbolçunun transferini həll edib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "moneqasklar" portuqaliyalı Fabio Koentraonu mövsümün sonuna kimi icarəyə götürüb. Koentrao "Monako"da 4 nömrəli forma ilə çıxış edəcək. O, bir neçə gün öncə PSG-yə keçən Lavin Kurzavanın yoxluğunu unutdurmalıdır.

Qeyd edək ki, 2011-ci ildən "Real Madrid"də çıxış edən 27 yaşlı müdafiəçi Portuqaliya millisində də 50 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.