İdman

"Atletiko" argentinalı futbolçu ilə anlaşdı

29 Avqust 2015 13:33
0 Şərh     Baxış: 546
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko Madrid" növbəti transferini reallaşdırıb.

Goal.az klubun tvitter səhifəsinə istinadən xəbər verir ki, Madrid klubu "River Plate"dən 22 yaşlı Matias Kranevitteri heyətə cəlb edib. Argentinalı yarımmüdafiəçi klubla 5 illik müqavilə imzalayıb. Bu transferin 8 milyon avroya başa gəldiyi güman olunur.

Qeyd edək ki, Kranevitter "Atletico"ya dekabrda, klublararası dünya çempionatından sonra qoşulacaq. Onun komandası "River Plate" bu turnirə "Libertadores" kubokunun hazırki qaibi kimi qatılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.