İdman

""Qəbələ" ilə hesablaşmaq lazımdır"

29 Avqust 2015 10:44
3 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının C qrupunda "Qəbələ"nin rəqiblərindən olan "Krasnodar" hazırda Rusiya çempionatında 6-cı pillədədir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun baş məşqçisi Oleq Kanonov püşkün nəticələrini qiymətləndirib. O, "Krasnodar"ın saytına açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukla tanış olduğunu qeyd edib.

"Şübhəsiz ki, "Borussiya Dortmund" kvartetin favoriti və turnirin pley-off raunduna əsas namizəddir. "Krasnodar" da daxil olmaqla, qalan komandalar isə ikinci vəsiqə uğrunda mübarizə aparacaq. Hər 3 rəqibi yaxşı tanıyırıq. "Karpatı"da çalışanda "Borussiya" ilə Avroliqanın qrup mərhələsində qarşılaşmışam. Həmin vaxtda Lvovda rəqibə 3:4 uduzsaq da, matç çox baxımlı, həyəcanlı və gərgin alınmışdı. PAOK-la da "Karpatı"nın baş məşqçisi olanda üz-üzə gəlmişik. PAOK ciddi ənənlərə malik klubdur. Salonikidəki stadionda hökm sürən atmosfer əladır. Bu kolektivlə oynamaq həmişə çətindir. 

"Qəbələ"yə qalanda, Azərbaycan təmsilçisinin baş məşqçisi Roman Qriqorçuku yaxşı tanıyıram. O, Ukrayna klublarında da çalışmış güclü mütəxəsisdir. Qriqorçuk bir müddət öncə Odessanın "Çernomorets" klubunu Avroliqanın qrupuna çıxara bilmişdi. Komanda bu mərhələdə kifayət qədər uğurlu oyunu ilə yadda qalmışdı. İndi "Qəbələ"nin şərəfini bir neçə ukraynalı futbolçu da qoruyur. Buna görə bu komanda ilə hesablaşmaq lazımdır".

"Qrupda çıxmaq üçün yaxşı hazırlaşıb bütün qüvvəmizi və enerjimizi verməliyik. Hər oyunda qələbə üçün meydana çıxacağıq. Qrupdakı hər rəqibi, o cümlədən "Borussiya"nı da məğlub etmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.