İdman

"Qarabağ"ın rəqibi heyətini gücləndirdi

28 Avqust 2015 21:04
0 Şərh     Baxış: 907
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"la Avropa Liqasının J qrupunda mübarizə aparacaq "Monako" heyətini gücləndirib. Goal.az klubun saytına istinadən xəbər verir ki, "moneqasklar" 19 yaşlı Roni Lopeşlə anlaşıb. Portuqaliyalı yarımmüdafiəçi "Monako" ilə 5 illik müqaviləyə imza atıb.

"Bu klub haqqında çox eşitmişdim. Monako gözəl şəhərdir, iqlimi əlverişlidir. Burada oynayan dostlarım da var. Bernardo Silva, İvan Kavaleyro ilə birlikdə milli komandada çıxış edirik. "Monako" mənim üçün yaxşı sınaqdır" - Lopeş deyib.
Klubun İdarə heyətinin sədri Vadim Vasilyev də yeni transfer haqqında danışıb: "Portuqaliya futbolunun gələcəyi olan Roni Lopeşi heyətə qatdığımız üçün məmnunuq. O, ötən mövsüm icarə əsasında çıxış etdiyi "Lille" klubuna sürətlə uyğunlaşıb. Roninin cəmi 19 yaşı var. İnanırıq ki, "Monako"da artırar və öz potensialını nümayiş etdirər".
Qeyd edək ki, Lopeşötən mövsüm "Lille"də çıxdığı 23 oyunda 3 qolun müəllifi olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.