İdman

""Qəbələ" ilə oyunda oxşar aqibətlə üzləşməmək lazımdır"

28 Avqust 2015 21:59
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" Avropa Liqasında növbəti yunan klubu ilə mübarizə aparmalı olacaq. Söhbət Salonikinin PAOK kollektivindən gedir. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun yarımmüdafiəçisi Xaris Xarisis püşkatmanı dəyərləndirərkən təmsilçimizin "Panatinaikos"u mübarizədən kənarlaşdırmasına da toxunub.

"Hamımız "Borussiya Dortmund"la eyni qrupa düşmək istəyirdik. Çünki "Signal İduna Park"a səfər və alman azarkeşlərin önündə oynamaq həyəcanlı olacaq. Məqsədimiz Salonikidə yalnz qələbə, səfərdə isə mümkün qədər çox xal toplamaqdır. Çətin qrupdur. "Qəbələ" pley-off mərhələsində "Panatinaikos"u mübarizədən kənarlaşdırdı. Oxşar aqibətlə üzləşməmək üçün ehtiyatlı olmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.