İdman

"Qrupun favoriti "Borussiya Dortmund"dur"

28 Avqust 2015 20:31
0 Şərh     Baxış: 732
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasında "Qəbələ"nin rəqiblərindən olan "Krasnodar"ın müdafiəçisi Yuri Qzinski püşkatmanın nəticələri barədə fikirlərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, rusiyalı futbolçu deyib:
"Yəqin ki, "Borussiya"nı favorit kimi qeyd etməliyəm. Bu klub müntəzəm Çempionlar Liqasında çıxış edən ciddi rəqibdir. Qalan komandalar gücünə görə bərabərdir. Heç kimi hesabdan silmək olmaz. İstənilən halda, hər rəqiblə oynamaq olar. Pley-offa çıxmağa layiq olduğumuzu göstərməliyik. Hər şey özümüzdən asılı olacaq".
Qeyd edək ki, C qrupunda "Krasnodar", "Qəbələ", PAOK və "Borussiya Dortmund" yer alıb. 

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.