İdman

Cavid Hüseynov: "Ümid edirəm ki, qrup oyunlarında iştirak edəcəm"

28 Avqust 2015 15:20
35 Şərh     Baxış: 2 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ" futbol klubunun hazırda həbsdə olan futbolçusu Cavid Hüseynov vəkili ilə görüşüb.

Milli.Az xəbər verir ki, vəkil Adəm Məmmədov qafqazinfo-ya açıqlamasında bildirib ki, Cavid həm "Qarabağ"ı, həm də "Qəbələ"ni təbrik edib: "Hər iki komandanın qrupa düşməsinə çox sevinir. Dedi ki, "Qəbələ" onun ümidlərini doğruldub. Arzusu budur ki, klubu daha çox uğurlar qazansın". 

Vəkil, həmçinin qeyd edib ki, Cavid klubun növbəti oyunlarında iştirak edəcəyinə ümid edir: "Dedi "mən klubun kapitanı olmuşam, çox istərdim ki, son iki oyunda iştirak edim. Ümid edir ki, qrup oyunlarında iştirak edəcək. Cavid Azərbaycan futboluna öz töhfəsini vermək istəyir".

Vəkil əlavə edib ki, Cavid Hüseynov təcridxanada gününü daha çox kitab oxumaqla keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.