İdman

"Sneyder iddialı plan görməsə..."

28 Avqust 2015 18:57
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın aparıcı futbolçusu Uesli Sneyderin meneceri Quido Albers holland yarımmüdafiəçinin gələcək planlarını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Albers, Sneyderin komandadan Avrokuboklarda uğurlu çıxış istədiyini bildirib. "Bizə ötən mövsüm və bu yay "2+1" sxemi ilə yeni müqavilə, bu ana qədər məvacib barədə söhbət açılmayıb. Növbəti həftə rəhbərliklə görüşüb təkliflərlə tanış olacağıq. Uesli üçün mühüm olan klubun gələcəyidir. O, 2010-cu ildə Çempionlar Liqasının qalibi olub. 2014-cü ildə dünya çempionatının finalında oynayıb.

"Qalatasaray"a gələrkən komandanın Çempionlar Liqasında uğurlu çıxış edəcəyini nəzərə almışdı. Uesli rəhbərliklə danışdı və komandanı Avrokuboklarda iddialı görmək istədiyini onlara çatdırdı. Heç kim bu fikrimi Sneyderin klubdan getmək istəməsi kimi yozmasın. O, İstanbulu və bu komandanı çox sevir. Amma iddialı plan görməsə, müqaviləsini yeniləmək istəməyəcək. Prioritet Ueslinin xoşbəxt olduğu yerdə, "Qalatasaray"da yoluna davam etməsidir. Lakin Sneyder ambisiyalı klubda xoşbəxt ola bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.