İdman

"Bu hissləri artıq bir dəfə yaşamışıq"

28 Avqust 2015 11:01
2 Şərh     Baxış: 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyundan əvvəl qarşılaşmanın bu axarda davam edəcəyini gözləmirdik. Bunu deyən olsaydı belə, inanmazdıq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev deyib.

"Yanq Boys"la oyunda qələbə qazanan "Qarabağ" tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Oyundan sonra Ağdam təmsilçisinin yarımmüdafiəçisi böyükhesablı (3:0) qələbə haqda bunları deyib: "Komandaya dəstək olanlara təşəkkür edirik. Ancaq pozitiv şeylər haqda danışmalıyıq".

O, rəqibin azlıqda qalmasının həlledici olduğunu da vurğulayıb: "Səfərdə qazandığımız qələbə bizi sakitləşdirməmişdi. İşimizi ehtiyatlı tutmuşduq. Rəqibin qırmızı vərəqə almağı işimizi asanlaşdırdı. Qələbə asan başa gəlmədi. Daha çox mübarizə apardıq, əzmkarlıq göstərdik".
Gənc futbolçu bu dəfə fərqli hisslərin ardınca gedəcəklərini də istisna etməyib: "Qrup mərhələsinə yüksəldiyimizdən, bizim üçün fərqli bir hiss yoxdu. Çünki bu hissləri artıq bir dəfə yaşamışıq. Ötən il bu mərhələdə etdiyimiz səhvləri etməməli, nəticə çıxarmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.