İdman

"Gedib mükafatı alacağıq"

27 Avqust 2015 23:49
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" İsveçrənin "Yanq Boyz" komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, oyundan sonra "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl də jurnalistlər qarşısına keçərək təəssüratlarını bölüşüb:

""Qarabağ" gözәl oynadı. Möhtәşәm qәlәbәyә görә başda prezidentimiz olmaqla hәr kәsi tәbrik edirәm. Çox sevinirәm. Ot örtüyü haqqında danışmaq istәmirәm. Bu dәqiqә transferlә bağlı heç bir söhbәt yoxdur. Komanda yaxşıdır. Әfran İsmayılovu meydanda belә görmәk çox xoş idi. Onu şir kimi görmәk sevindirdi mәni. Onun ürәyimdә yeri var. Bizim standart mükafatımız var. Rövnәq Abdullayev dә mükafat söz verib. Bunun ardınca gedib mükafatı alacağıq (gülür). "Qәbәlә"yә uğurlar arzu edirәm. Bizdәn ilhamlanıb qrupa düşsünlәr".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.