İdman

"Reynaldo ilə maraqlanmırıq"

27 Avqust 2015 23:41
1 Şərh     Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, bu gün Avropa Liqasının "pley-off" mərhələsində "Qarabağ" İsveçrənin "Yanq Boyz" komandası ilə üz-üzə gəlib. Ağdam klubu rəqibini 3:0 hesabı ilə məğlub edərək Avroliqanın qrup mərhələsinə adlayıb. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, oyundan sonra komandaların baş məşqçiləri jurnalistlərə açıqlama veriblər.

"Yanq Boyz"un baş məşqçisi Harald Qamparle qələbə münasibətilə "Qarabağ"ı tәbrik edib:

"Qrup mәrhәlәsinә vәsiqә qazandılar. Uğurlar arzu edirәm. Biz oyunun 4-cü dәqiqәsindәn hәm azlıqda qaldıq, hәm dә qol buraxdıq. Bundan sonra vәziyyәti dәyişmәk çәtin idi. Stadionun vәziyyәtinә gәlincә, şәrait hәr iki komanda üçün eyni idi. Bu barәdә danışmaq istәmirәm".

İsveçrәli çalışdırıcı Reynaldo haqqında da danışıb: 

"O, yaxşı oyunçudur. Amma "Qarabağ"ın futbolçusudur. Onunla maraqlanmırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.