İdman

Yunanıstan şokda: "Qəbələ" də qrup mərhələsində! - YENİLƏNİB - VİDEO

28 Avqust 2015 00:53
19 Şərh     Baxış: 5 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28.08.2015

00:53

Bu gün UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" Yunanıstanda "Panatinaikos"la cavab oyununa çıxdı.

Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırmalı idi.
 
Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən "qırmızı-qaralar" ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Daha bir tarix yazmaq üçün isə sonuncu addımı da atıb qrup mərhələsinə düşmək lazım idi.
 
Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley - 10-cu qarşılaşma olacaqdı.
 
Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaqdı.
 
İndiyədək avrokuboklardakı səfər qələbəsi qazanmayan "Qəbələ" Afinada gerçəkləşdirəcəyi 5-ci cəhddə ilki rəsmiləşdirə bilərdi. Düzdü, Qriqorçuk əsas heyətin iki üzvü Ürfan Abbasov və Rafael Santosun da xidmətindən məhrum idi.
 
Lakin cari mövsümdə qəbələlilər avrokuboklardakı cavab oyunlarının hamısında quru qələbə qazanıb. İlk qarşılaşmalarda qalib gələ bilməyən təmsilçimiz cütün taleyini ikinci matçda həll edib.
 
 
UEFA Avropa Liqası
Pley-off, cavab oyunları
27 avqust
 
"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 2:2
QOLLAR: Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60
Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)
İlk oyun - 0:0
 

"Panatinaikos": 15. Luk Stil, 4. Georgios Kotrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28, Xristos Burbos, 10. Zeka (k), 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 9. Markus Berq, 19. Nikos Karelis
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 14. Abdul Ayaqun, 23. Nikos Kaltsas, 33. Mladen Petriç
Baş məşqçi: Yannis Anastasiu
 
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Sttankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 10. Dodo (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov, 7. Ermin Zets
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 17. Qismət Alıyev, 66. Samir Zərgərov
Baş məşqçi: Roman Qriqorçuk

-----------

00:37

Milli.Az xəbər verir ki, "Qəbələ" - "Panatinaikos" oyununda dördüncü qol vuruldu. Oyunun 78-ci dəqiqəsində "Panatinaikos"un oyunçusu Nano fərqləndi. "Panatinaikos" - "Qəbələ" - 2:2.

--------

00:19

Milli.Az xəbər verir ki, "Qəbələ" - "Panatinaikos" oyununda üçüncü qol vuruldu. Oyunun 60-cı dəqiqəsində "Qəbələ"nin oyunçusu Dodo fərqləndi. "Panatinaikos" - "Qəbələ" - 1:2.

--------

00:06

Milli.Az xəbər verir ki, "Qəbələ" - "Panatinaikos" oyununun ikinci hissəsi başladı.

----------------

27.08.2015

23:40

Milli.Az xəbər verir ki, "Qəbələ" - "Panatinaikos" oyununda ikinci qol vuruldu. Oyunun 34-cü dəqiqəsində "Panatinaikos"un oyunçusu Markus Berq fərqləndi. "Panatinaikos" - "Qəbələ" - 1:1.

---------

23:07

Milli.Az xəbər verir ki, "Qəbələ" - "Panatinaikos" oyununda hesab açıldı. Oyunun 6-cı dəqiqəsində "Qəbələ"nin oyunçusu Dodo fərqləndi. "Panatinaikos" - "Qəbələ" - 0:1.

---------

23:02

Bu gün UEFA Avropa Liqası pley-off mərhələsinin cavab qarşılaşmaları keçiriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionatının bürünc mükafatçısı "Qəbələ" Yunanıstanda "Panatinaikos"la cavab oyununa çıxıb.

Roman Qriqorçukun yetirmələri tarixi uğura imza atmaq üçün Ellada təmsilçisini mübarizədən kənarlaşdırmalıdı.
 
Qitə miqyaslı yarışlarda ötən mövsüm debüt edən "qırmızı-qaralar" ikinci cəhddə pley-offa qədər irəliləyərək artıq ilkə imza atıb. Daha bir tarix yazmaq üçün isə sonuncu addımı da atıb qrup mərhələsinə düşmək lazımdı.

Bu oyun həm də qəbələlilər üçün Avroliqada yubiley - 10-cu qarşılaşma olacaq.
 
Evdəki matçdan qolsuz bərabərliklə ayrılan təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə turu keçən tərəf olacaq.
 
İndiyədək avrokuboklardakı səfər qələbəsi qazanmayan "Qəbələ" Afinada gerçəkləşdirəcəyi 5-ci cəhddə ilki rəsmiləşdirə bilər. Düzdü, Qriqprçuk əsas heyətin iki üzvü Ürfan Abbasov və Rafael Santosun da xidmətindən məhrumdu.
 
Lakin cari mövsümdə qəbələlilər avrokuboklardakı cavab oyunlarının hamısında quru qələbə qazanıb. İlk qarşılaşmalarda qalib gələ bilməyən təmsilçimiz cütün taleyini ikinci matçda həll edib.
 
UEFA Avropa Liqası
Pley-off, cavab oyunları
27 avqust
 
"Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) - 0:0
Afina. Apoastolos Nikolaidis stadionu. Baş hakim: İvan Krujilak (Slovakiya)
İlk oyun - 0:0
 

"Panatinaikos": 15. Luk Stil, 4. Georgios Kotrumbis, 20. Statis Tavlaridis, 21. Nano, 24. Serxio Sançes, 28, Xristos Burbos, 10. Zeka (k), 29. Sotiris Ninis, 32. Daniel Pranyiç, 9. Markus Berq, 19. Nikos Karelis
Ehtiyat oyunçular: 1. Stefanos Kotsolis, 12. Nikos Marinakis, 7. Viktor Klonaridis, 8. Tassos Laqos, 14. Abdul Ayaqun, 23. Nikos Kaltsas, 33. Mladen Petriç
Baş məşqçi: Yannis Anastasiu
 
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Sttankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 6. Rəşad Sadiqov, 10. Dodo (k), 19. Aleksey Qay, 9. Sergey Zenyov, 69. Aleksey Antonov, 7. Ermin Zets
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 5. George Floresku, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 17. Qismət Alıyev, 66. Samir Zərgərov
Baş məşqçi: Roman Qriqorçuk

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.