İdman

Mövsümün qolu: Messi hamını qabaqladı - VİDEO

27 Avqust 2015 22:00
7 Şərh     Baxış: 2 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2014/15 mövsümündə Avropanın ən gözəl qolu müəyyənləşib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, UEFA-nın keçirdiyi səsvermənin qalibi argentinalı Lionel Messi olub.

Cənubi amerikalının "Barselona"nın heyətində vurduğu qol mövsümün ən yaxşısı seçilib. Çempionlar Liqası yarımfinalının "Bavariya" ilə ilk oyunundakı (3:0) qol 199 min 190 səs yığıb. Bu isə mümkün səslərin 39 faizidi.
 
Portuqaliyalı Kriştianu Ronaldunun çıxış etdiyi "Real"ın heyətində qrup mərhələsində "Liverpul"a vurduğu qol 2-ci olub.
 
"Arsenal"lı Aaron Remsinin "Qalatasaray"ın qapısına vurduğu qol 3-cü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.