İdman

Millimiz Slovakiya ilə nə vaxt oynayacaq?

27 Avqust 2015 23:18
0 Şərh     Baxış: 460
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsində keçirəcəyi cavab oyununun vaxtı dəqiqləşib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2016-cı ildə keçiriləcək final mərhələsinə vəsiqə uğrunda Slovakiya ilə mübarizə aparacaq Faustino Peresin yetirmələrinin sentyabrın 22-də keçirəcəyi səfər oyunu saat Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Trnavada keçiriləcək həlledici matç Şəhər İdman Zalında baş tutacaq. Rəqiblər ilk matça Bakıda çıxacaq. Sentyabrın 15-də baş tutacaq qarşılaşma Bakı İdman Sarayında keçiriləcək. Pley-offun ilk görüşü saat 21:00-da başlayacaq.
AVRO-2016-nın final mərhələsi gələn il fevralın 2-13-də Serbiyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.