İdman

"Futbol festivalı" layihəsi Ağcabədidə - FOTO

27 Avqust 2015 17:05
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) "Futbol festivalı" layihəsi çərçivəsində avqustun 26-da Ağcəbədi rayonunda uşaq futbol məktəbinin üzvləri ilə görüş keçirilib.

Milli.Az adalet.az-a istinadən xəbər verir ki, görüşdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev uşaqlara 200 ədəd idman forması və 50 futbol topu hədiyyə edib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və AFFA-nın vitse-prezidenti Rauf Əliyev ölkəmizdə idmanın inkişafı ilə bağlı dövlət proqramının uğurla həyata keçirilməsindən danışıb və gələcəyin futbolçularına öz tövsiyələrini veriblər.

Tədbirdə millət vəkilləri Tahir Rzayev  Aqil Abbas da iştirak ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.