İdman

"Mən sehirbaz deyiləm"

27 Avqust 2015 13:28
0 Şərh     Baxış: 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının pley-off mərhələsində "Fənərbağça" evində "Atromitos" ilə qarşılaşacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Vitor Pereyra "Atromitos" ilə oyun öncəsi açıqlama verib: "Güclü komandaya qarşı oynayacağıq. Ev oyunlarında keçirdikləri 44 matçda ilk dəfə məğlub oldular. Heyətlərində çox sürətli futbolçular var. Avropa Liqasında qruplara düşmək istəyirik. Rəqibin əks hücumları çox təhlükəlidi. Oyunda daha çox topa sahib olmağa çalışacağıq. Yaxşı transferlər etdik, amma komandaya uyğunlaşmaları üçün bir az vaxt lazımdı. Mən sehirbaz deyiləm".

"Fənərbağça" "Atromitos" ilə keçirdiyi ilk oyunda Van Persinin son dəqiqələrdə vurduğu qol ilə qələbə qazanmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.