İdman

"Barselona" "qırmızı şeytanlar"a şans vermək istəmir

27 Avqust 2015 10:57
2 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in ciddi maraq göstərdiyi Neymar hazırkı klubu "Barselona" ilə müqaviləsini yeniləyə bilər.

Goal.az "Daily Mail"ə istinadən xəbər verir ki, katalon klubu braziliyalı futbolçuya 2021-ci ilə kimi nəzərdə tutulmuş yeni müqavilə təklif etmək niyyətindədir. Onun buraxılış qiyməti isə 250 milyon avro müəyyənləşdiriləcək. "Barsa" rəhbərliyi bunu mövsümün sonuna qədər həll etməyi planlaşdırır. Neymarın hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, "Yunayted" Neymar üçün astronomik məbləğ təklif edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.