İdman

"Kayrat" "Bordo"ya, "Fənərbağça" "Atromitos"a qarşı

27 Avqust 2015 10:43
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün avrokuboklarda pley-off mərhələsinə yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa Liqasında baş tutacaq 22 qarşılaşma ilə qrup mərhələsinə yüksələn son klublar bəlli olacaq.

Pley-off mərhələsinin cavab oyunlarına Qazaxıstanda start veriləcək. Fransa təmsilçisi "Bordo"nu qəbul edəcək "Kayrat" qrup mərhələsinə düşməyə cəhd edəcək.
 
Bu turnirdə iki Azərbaycan təmsilçisi - "Qəbələ" və "Qarabağ" meydana çıxacaq. Sonuncular evdə İsveçrə "Yanq Boyz"u, "Qəbələ" səfərdə Yunanıstan "Panatinaikos"u ilə üz-üzə gələcək.
 
Türkiyə təmsilçisi "Fənərbağça" da Yunanıstan klubu ilə qarşılaşacaq. İstanbul klubu səfərdə 1:0 hesabı ilə məğlub etdiyi "Atromitos"u keçməyə çalışacaq. 
 
Avropa Liqası
Pley-of mərhələsi
27 avqust 
19:45. "Kayrat" (Qazaxıstan) - "Bordo" (Fransa)
İlk oyun - 0:1
21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun - 1:0
21:00. "Yablonets" (Çexiya) - "Ayaks" (Hollandiya)
İlk oyun - 0:1
21:00. "Rubin" (Rusiya) - "Rabotniçki" (Makedoniya)
İlk oyun - 1:1
22:00. "Videoton" (Macarıstan) - "Lex" (Polşa)
İlk oyun - 0:3
22:00. HİK (Finlandiya) - "Krasnodar" (Rusiya)
İlk oyun - 1:5
22:30. "Tyun" (İsveçrə) - "Sparta" (Çexiya)
İlk oyun - 1:3
22:30. "Sent-Etyenn" (Fransa) - "Milsami" (Moldova)
İlk oyun - 1:1
23:00. "Rusenborq" (Norveç) - "Styaua" (Rumıniya)
İlk oyun - 3:0
23:00. "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan)
İlk oyun - 0:0
23:00. "Brondbü" (Danimarka) - PAOK (Yunanıstan)
İlk oyun - 0:5
23:00. "Hayduk" (Split, Xorvatiya) - "Slovan" (Çexiya)
İlk oyun - 0:1
23:00. "Fənərbağça" (Türkiyə) - "Atromitos" (Yunanıstan)
İlk oyun - 1:0
23:00. "Alkmaar" (Hollandiya) - "Astra" (Rumıniya)
İlk oyun - 2:3
23:30. "Zalsburq" (Avstriya) - "Dinamo" (Minsk, Belarus)
İlk oyun - 0:2
23:30. "Voyvodina" (Serbiya) - "Viktoriya" (Plzen, Çexiya)
İlk oyun - 0:3
23:30. "Standard" (Belçika) - "Mölde" (Norveç)
İlk oyun - 0:2
23:30. "Borussiya" (Dortmund, Almaniya) - "Odd" (Norveç)
İlk oyun - 4:3
23:45. "Atletik" (İspaniya) - "Jilina" (Slovakiya)
İlk oyun - 2:3
23:45. "Mityulland" (Danimarka) - "Sauthempton" (İngiltərə)
İlk oyun - 1:1
00:00. "Legiya" (Polşa) - "Zarya" (Ukrayna)
İlk oyun - 1:0
01:30. "Belenenseş" (Portuqaliya) - "Altax" (Avstriya)
İlk oyun - 1:0

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.