İdman

"Beşiktaş" Viktor Valdeslə danışıqlar aparır

26 Avqust 2015 19:24
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qapıçı axtarışında olan "Beşiktaş"ın sürpriz isimlə anlaşdığı iddia edilir. Goal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" "Mançester Yunayted"lə Viktor Valdesin transferini razılaşdırıb.

"Sky Sports"un məlumatına əsasən ispaniyalı qolkiper yaxın günlərdə tibbi müayinədən keçmək üçün İstanbula gələcək. Valdesin "Beşiktaş"a keçəcəyi halda Cenk Gönenin "Qalatasaray"ın heyətinə qoşulması qaçılmaz olacaq.
Qeyd edək ki, Valdes "Barselona"da bir müddət "Beşiktaş"ın şərəfini qorumuş Rüştü Reçberi ehtiyata göndərməyi bacarmışdı. O, 14 il katalon klubundakı çıxışının ardından azad agent kimi "Yunayted"ə keçmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.