İdman

"Düşünmürəm ki, kimsə eyforiyada olsun"

26 Avqust 2015 18:05
2 Şərh     Baxış: 1 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlimizə yaxşı şans düşüb. Bundan istifadə etməliyik. Rəqibin hücum xətti çox güclüdür. Fərdi ustalığa malik oyunçuları var. Çalışacağıq ki, bunun qarşsını alaq. Sabah hər birimizi maraqlı oyun gözləyir.

Trend-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boyz"la cavab matçı öncəsi keçirilən mətbuat konfransında deyib.

- Stadionun ot örtüyü hansı vəziyyətdədir?

- Hər şey göz önündədir. Bu gün o barədə düşünməsək, daha yaxşı olar. Ot örtüyünün vəziyyəti yaxşı deyil. Ancaq biz buna fikir verməməliyik.

- Səfərdə qazanılan qələbədən (1:0) sonra futbolçularda eyforiya yarana bilər...

- Düşünmürəm ki, kimsə eyforiyada olsun. Bu, qrup mərhələsində iştirak etmək üçün son şansımızdır. Bunu futbolçular da dərk edir. Azarkeşlər və sizlər bizə böyük ümid bəsləyirsiniz. Siz daha arxayınsınız, nəinki biz. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir. Amma biz bunu daha çox istəyirik. Avropa Liqasının qrupunda iştirak etmək bizim üçün böyük təcrübə və gələcək planlarımız üçün bir təkandır.

- "Qarabağ" Avropa Liqasının son oyunlarında çox az qol vurur. Bu, komandanızın həddindən artıq ehtiyatlı oynamasından irəli gəlir? 

- Bəzən bir qol bəs edir, bəzən isə qolsuz heç-heçə də kifayət edir. Qoy, nəticə bizim tərəfimizdə olsun, qol vurmasaq da olar. Düzdür, futbolun gözləlliyi qoldur. Biz də çalışırıq ki, komandamız hücumlarda daha kəsərli olsun. Bunun üzərində işləyirik.

- Əlhərbi Əl Jadeouinin durumu necədir?

- Əzəlisində problem var. Sabah oynamayacaq.

- Stadionunun ot örtüyünün pis vəziyyətdə olması "Qarabağ"ın oyununa nə dərəcədə təsir göstərəcək?

- Ola bilər ki, baxımlı oyun olmasın. Mübarizə və sürət daha çox ola bilər, amma baxımlı futbol olmaya bilər.

- Penaltilərə hazırlaşmısıznızmı?

- Penaltilər seriyasında futbolçular sərbəst olmalıdır. Penaltilər loteraya kimidir. Oyuna 2-3 gün qalmış komandanı penaltilərə hazırlaşdırmıram. Bu, futbolçuların fikrini yayındıra bilər. Ancaq ay ərzində hər bir futbolçu ilə penalti üzərində çalışırıq.

- Qeyd etdiniz ki, rəqib təhlükəli komandadır. Bəs "Yanq Boyz"un zəif cəhətlərini nədir?

- Bunu deməsəm yaxşıdır. Hər bir rəqibə hörmət etməliyik, zəif yerini deməməliyik. Əksinə, öz səhvlərimizi qabartmalıyıq. Statistikaya baxsaq, rəqib bizdən üstün komandadır. Çalışacağıq ki, kollektiv şəkildə onların qarşısını alaq.

- Cumbinyonun durumu necədir?

- Vəziyyəti normaldır. Ola bilər ki, tədricən çempionat oyunlarında meydana çıxsın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.