İdman

"Qarabağ" - 393 gündən sonra

28 Avqust 2015 10:52
1 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" evdə keçirdiyi avrokubok oyunlarında qələbə həsrətinə son qoyub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakıdakı son 6 qarşılaşmada qalib gələ bilməyən ağdamlılar Avropa Liqasının pley-off mərhələsinin "Yanq Boys"la cavab oyununda 3:0 hesabı ilə qələbə qazanıb.

İsveçrə təmsilçisi ilə görüşdən əvvəlki son ev qələbəsi 2014-cü il iyulun 30-da qeydə alınmışdı. Çempionlar Liqasının ötən mövsümünün "Zalsburq"la (Avstriya) qarşılaşmasında komandamız 2:1 hesabı ilə qalib gəlmişdi. Bern klubu ilə görüşdə 393 günlük qələbə həsrətinə son qoyulub.
 
Bundan sonra Avropa Liqasında pley-offunda "Tvente" (Hollandiya), qrupunda "Sent-Etyenn" (Fransa), "Dnepr" (Ukrayna), "İnter" (İtaliya), cari mövsüm Çemionlar Liqasında "Rudar" (Monteneqro) və "Seltik"lə (Şotlandiya) görüşən "Qarabağ" 6 oyunun 5-də 0:0 hesabı ilə kifayətlənmişdi.
 
Yalnız "Dnepr"ə 1:2 hesabı ilə uduzan təmsilçimiz seriyasını darmadağınla qırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.