İdman

Balotelliyə qadağalar

26 Avqust 2015 22:39
2 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Milan"ın Mario Balotellini mövsümün sonuna kimi icarəyə götürdüyü barədə məlumat vermişdik. Onun müqaviləsinə klub xüsusi bir bənd də daxil edib.

Goal.az saytının İtaliya mətbuatına istinadən verdiyi xəbərə görə Balotelli "Milan"ın imicinə zərbə vuracaq hərəkətlərdən çəkinməli olacaq. Onun tvitter, İnstagram və Facebook profilindəki paylaşımlara nəzarət ediləcək. Futbolçuya ekstravaqant saç düzümü və paltarlar, siqaret çəkmək və gecə klublarına getmək qadağan olunacaq. İstifadə edilən alkoqolun miqdarına isə məhdudiyyət qoyulacaq. Bundan başqa, Balotelli məşqlərə həmişə vaxtında gəlməlidir.

Qeyd edək ki, Balotelli tibbi müayinədən keçsə də, onun transferi rəsmən elan olunmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.