İdman

Zenyov milliyə dəvət aldı

26 Avqust 2015 18:11
0 Şərh     Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniya millisinin baş məşqçisi Maqnus Persson komandasının AVRO-2016 seçmə mərhələsi çərçivəsində Litva və Sloveniya ilə oynayacaqları matçlar üçün 23 nəfərlik siyahını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Persson bu iki qarşılaşma üçün hazırda "Qəbələ" heyətində UEFA Avropa Liqasında çıxış edən hücumçu Sergey Zenyovu da dəvət edib.

Zenyov bu vaxta qədər ölkəsinin milli komandasında 44 oyunda meydana çıxıb və 9 qola imza atıb. Estoniya millisi Litva ilə sentyabrın 5-də evdə, Sloveniya ilə isə ayın 8-də səfərdə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.