İdman

"Qarabağ" üçün tarixi sınaq

5 Avqust 2015 08:54
8 Şərh     Baxış: 1 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az-ın məlumatına görə, təmsilçimiz "Qarabağ" da "play-off" uğrunda mübarizə aparacaq.

Qurban Qurbanovun komandası doğma meydanda Şotlandiyanın "Seltik" klubunu qəbul edəcək.

Qlazqoda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq qalib gəlməlidir. 

"Qarabağ" mərhələ adlamaqla futbolumuzda yeni tarix yaza bilər. İndiyədək heç bir klubumuz Çempionlar Liqasının "ple-off" mərhələsində oynamayıb. Buna görə də  "Seltik"lə bugünkü duel "Qarabağ" üçün tarixi oyun ola bilər.

5 avqust 

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları

21:30."Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya)
(ilk oyun 0:1)
Hakimlər: Martin Strömberqsson, Daniel Qustavsson, Stefan Hallberq (İsveç)
Bakı.   Tofiq Bəhramov adına respublika stadionu
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.