İdman

Erməni idmançı: "Bakıdakı bir həftəni heç zaman unutmayacam"

3 Avqust 2015 15:18
1 Şərh     Baxış: 1 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı tennisçi Marqarita Qasparyan bəyan edib ki, Bakıda fərdi və cütlükdə qalibi olduğu turnirin keçirildiyi bir həftəni heç bir zaman unutmayacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Sovetski sport" xəbər verib.

"Bu, heyrətamizdir. Mənim hər şey xoşuma gəldi, gözəl atmosfer var idi. Məni dəstəkləyən və mənim üçün narahat olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Bakıda çox gözəl turnir keçirildi. Ötən bu həftəni həmişəlik yadımda saxlayacam", - Qasparyan deyib.

Xatırladaq ki, Bakıda WTA turnirində Qasparyan rumıniyalı Patrisiy-Mariya Tiqi fərdi yarışda məğlub edib, sonra isə Aleksandra Panova ilə duetdə çıxış edərək qalib olublar.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.