İdman

Yığmamız oynamadan irəliləyir

3 Avqust 2015 13:16
0 Şərh     Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 6-da açıqlanacaq milli komandaların FİFA reytinqi ilə bağlı təxmini cədvəl dərc edilib. Apasport.az saytının məlumatına görə, bu siyahıda dünyanın 209 yığması yer alıb.

Sonuncu dəfə iyulun 9-da açıqlanan rəsmi siyahı ilə müqayisədə cədvəldə cüzi dəyişikliklər baş verib. Bu da hesabat dövründə matçların az olması ilə bağlıdı.
 
Dəyişikliklər Azərbaycan millisindən də yan ötməyib. Həmin dövrdə meydana çıxmayan komandamızın xal hesabı dəyişməsə də, yığmamız irəliləyib. Belə ki, 302 xala malik milli 2 pillə yüksələrək, 106-cı yerə sahib çıxıb.
 
Millimiz və "qonşuları"
 
101 (103). Kanada - 323
102 (96). Niger - 312
103 (105). Makedoniya - 311
104 (111). Syerra-Leone - 304
105 (107). Antiqua və Barbuda - 303
106 (108). AZƏRBAYCAN - 302
107 (110). Litva - 301
108 (105). Qvatemala - 299
108 (112). Zimbabve - 299
110 (88). Salvador - 289
111 (114). Namibiya - 284
 
Siyahının ilk "onluğ"unda da dəyişikliklər diqqət çəkir. Son dünya çempionu və növbəti mundialın seçmə mərhələsində Azərbaycan yığmasına rəqib olan Almaniya 2-ci pilləni də əldən verib. Bundestimi bu mövqedən Belçika sıxışdırıb. Hollandiya isə 10 ən yaxşı arasındakı yerini itirib.

İlk "onluq"

1 (1). Argentina - 1425
2 (3). Belçika - 1244
3 (2). Almaniya - 1226
4 (4). Kolumbiya - 1218
5 (6). Braziliya - 1186
6 (7). Portuqaliya - 1177
7 (8). Rumıniya - 1166
8 (9). İngiltərə - 1157
9 (10). Uels - 1155        
10 (11). Çili - 1124
 
Millimizin AVRO-2016-nın seçmə mərhələsindəki 5 rəqibindən hamısının mövqeyi dəyişib. Xorvatiya və İtaliya hərəyə 1 pillə irəliləyibsə, Norveç, Bolqarıstan və Malta hərəyə 1 addım geriləyib.
 
AVRO-2016-nın seçmə mərhələsinin H qrupu:
13 (14). Xorvatiya - 1023
16 (17). İtaliya - 1001
68 (67). Norveç - 495
69 (68). Bolqarıstan - 489
159 (158). Malta - 157
 
Püşkü ötən ay atılan DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərimiz arasında irəliləyən olmayıb. Almaniya, Norveç və Şimali İrlandiya geriləyib, Çexiya ilə San-Marino isə mövqeyini qoruyub. Ümumiyyətlə isə iki tsikldəki 9 rəqibimizdən 2-si irəli, 5-i geri düşüb.
 
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu:
3 (2). Almaniya - 1226
20 (20). Çexiya - 933
40 (37). Şimali İrlandiya - 721
68 (67). Norveç - 495
192 (192). San-Marino - 40

Türkiyə yığması hesabında olan 627 xalla 3 pillə irəliləyib. "Ay-ulduzlular" təxmini cədvəldə 45-cidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.