İdman

Azərbaycanlı idmançının qanlı döyüşü sensasiya yaratdı - FOTO

3 Avqust 2015 11:48
10 Şərh     Baxış: 3 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı idmançı Xəyal Caniyev məşhur Buakav Bançameki məğlub etdi.

Honkonqda muay-tay üzrə "Top King World Series" adlı dörd ən güclü idmançının iştirak etdiyi nüfuzlu turnirə yekun vurulub. Milli.Az xəbər verir ki, ilk yarımfinalda azərbaycanlı döyüşçü, "Best of the Best" promoşn qrupunun üzvü Xəyal Caniyev Tailand boksunun canlı əfsanəsi, dünyanın ən güclü muay-tay döyüşçüsü Buakav Bançameklə üz-üzə gəlib. İlk raund zamanı Xəyalın güclü zərbəsinin qarşısını ala bilməyən Buakav başından ciddi zədə alıb. Bununla belə döyüş dayandırılmayıb.

3 raundluq görüş zamanı azərbaycanlı idmançı titullu rəqibini bütün komponentlərdə üstələyib. Yekunda uzun illər məğlubiyyət acısı yaşamayan Buakav Xəyal Caniyevə uduzub. Hakimlər yekdilliklə Xəyal Caniyevin qələbə qazandığını təsdiqləyiblər. "Best of the Best" promoşnun üzvünün qələbəsi dünyada böyük sensasiya kimi qəbul edilib. Tailand mətbuatı əfsanəvi idmançıları Buakav Bençamekin məğlubiyyətinə inanmaq istəmədiklərini yazıb.

Qeyd edək ki, 21 yaşlı Xəyal Caniyev Azərbaycanın Best of The Best promoşn qrupunun üzvüdür. K-1 brendinin sahibi olan promoşnun prezidenti Elnur Məmmədovun rəhbərliyi altında təşkilatda onlarla perspektivli idmançılar məşq edir. Ötən il Buakav Bençamek Bakıda keçirilən K-1 World Max-da iştirak edib və inamlı qələbə qazanıb.  

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.