İdman

"Bu, o qədər də asan deyil"

2 Avqust 2015 20:58
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in eks kapitanı Roy Kin qarşıdakı mövsümdə "Çelsi"ni İngiltərə çempionatının favoriti kimi qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, irlandiyalı mütəxəsis keçmiş komandası haqqında da fikirlərini bildirib.

"Düzü, indi "Yunayted" 80-ci illərdə olduğu kimi bahalı oyunçuları alıb vəziyyətin düzəlməsinə ümid edən komandaya bənzəyir. Bu, o qədər də asan deyil. Əlbəttə, növbəti mövsüm "manikunianlar" daha güclü olacaqlar. Fikrimcə, MY hazırda kifayət qədər güclü və qarşısıalınmaz deyil. Mərc gəlməli olsaydım, pullarımı "Çelsi"nin çempionluğuna qoyardım. "Çelsi" əla müdafiəyə malik güclü kollektivdir. Əgər ötən mövsümdəki istəklə oynasalar, yeni mövsümdə də Premyer Liqanın qalibi olacaqlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.