İdman

Millimizin qapıçısına yeni ləqəb qoydular

2 Avqust 2015 17:35
1 Şərh     Baxış: 1 322
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən dolu tribunalar qarşısında daha yaxşı motivasiya oluram. "Karşıyaka" azarkeşlərinin coşqusu məni atəşləyəcək". Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev deyib.

Türkiyənin PTT I Liqasında çıxış edən "Karşıyaka" ilə müqavilə imzalayan təcrübəli qapıçı yerli mətbuata açıqlamasında kluba tez alışdığını bildirib.
 
Azarkeşlərin "Kapıçılar kralı" ləqəbi verdikləri Ağayev komandasının çempionluğun əsas namizədi olduğunu qeyd edib:
 
"Kayserispor"dan tanıdığım komanda yoldaşlarım və baş məşqçimiz Cüneyt Dumlupınar imza atmağımda böyük rol oynadılar. Bu mövsüm çempionluğun əsas namizədlərindən biri biz olacağıq".
 
Milli komandada çıxış etdyi müddətdə dəf etdiyi penaltilərlə diqqət çəkən Ağayev azarkeşlərə "Karşıyaka" bu mövsüm penaltidən qol buraxmayacaq" sözü verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.