İdman

Bu oğlan "Bakı"nı dərdə saldı

2 Avqust 2015 16:57
0 Şərh     Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FİFA "Bakı" futbol klubunun cəzalandırılması ilə bağlı AFFA-ya müraciət edib. Azerisport.az xəbər verir ki, ali futbol qurumu "zolaqlılar"ın sabiq hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkətə olan borcun ödənilməsini tələb edib.

Paytaxt klubu bu tələbə əməl etməsə, hesabından altı xal silinəcək.

Qeyd edək ki, "Bakı"ya 2010-cu ildə gələn və 3 illik müqavilə imzalayan Adnan iki mövsüm Azərbaycanda çıxış etdikdən sonra klubla yollarını ayırmışdı. Amma görünür, müqavilə birtərəfli qaydada pozulduğundan, futbolçu FİFA-ya müraciət edib. Ali futbol qurumu da futbolçunu haqlı hesab etdiyi üçün AFFA-nı məlumatlandırıb.

Klubun icraçı direktoru Yaşar Seyidovun azerisport.az saytına verdiyi məlumata görə, onlara bir ay müddət verilib. Klub bu müddət ərzində futbolçuya olan borclarını ödəməsə, onların birinci divizionun növbəti mövsümünə -6 xalla başlamasına qərar veriləcək.

Qeyd edək ki, Bərəkət "Bakı"nın borcu olduğuna görə FİFA-ya şikayət edən ilk futbolçu deyil. Güman ki, hələ bundan da sonra oxşar xəbərlər eşidəcəyik.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.