İdman

Mourinyo: "Məşqçilərdə belə şey olmur"

2 Avqust 2015 12:55
0 Şərh     Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"70 yaşıma kimi məşqçilik etmək istəyirəm. Əbədi yox, sağlamlığım imkan verənə qədər". Bu sözləri İngiltərə Superkuboku matçından öncə açıqlamasında Joze Mourinyo söyləyib. Goal.az xəbər verir ki, portuqal mütəxəssis özü üzərində işləməyə davam etdiyini qeyd edib.

"Bu işdə təcrübə çox vacibdir. Futbolçularda elə zaman yetişir ki, təcrübə fiziki hazırlıqla ziddiyyət təşkil etməyə başlayır. Məşqçilərdə belə şey olmur. Əlbəttə, məşqçinin iştahı soyumursa, işini davam etdirir. Hesab edirəm ki, indi 10 il əvvəlkindən daha güclüyəm. İnkişafa davam edirəm".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.