İdman

Olimpiada vurnuxması: "Hər 3 medaldan 1-i cığallıqla qazanılıb"

2 Avqust 2015 11:33
1 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın "The Sunday Times" qəzetinə və Almaniyanın ARD/WRD teleradio şirkərtlərinə sızdırılmış materiallar göstərir ki, yüngül atletikanı "cığallıq böhranı" bürüyüb.

Media qurumlarının əlinə keçmiş analiz nəticələri göstərib ki, 2001 və 2012-ci illər arasında keçirilmiş bütün çempionat və olimpiya oyunlarında qazanılmış medalların 55-i qızıl olmaqla 146-sı, başqa sözlə, üçdə biri "qan analizləri şübhəli olan" idmançılar tərəfindən qazanılıb.

Virtualaz.org yazır ki, bu idmançıların heç biri medallardan məhrum edilməyib. 800-dən artıq idmançı, başqa sözlə, hər 7 atletdən birinin qan analizi "ciddi dopinq şübhəsi doğuran" nəticə verib.

"Ən təmiz olimpiada" kimi tanınan London Yay Olimpiya Oyunlarında 10 medal belə şübhəli idmançılara qismət olub.

Britaniya mətbuatı yazır ki, Rusiya qancoşdurucu maddələrdən istifadənin episentridir. Bəzi məlumatlara görə, bu ölkənin idmançıları medallarının 80 faizini dopinqlə əldə ediblər. Keniya 18 belə medal qazanıb.

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İnternational Association of Athletics Federations) bu iddialarla razılaşmır və bildirir ki, təşkilat hər il 3500 qan analizi aparır.

Qəzetlər yazır ki, iki həftədən sonra assosiasiyanın yeni prezidenti seçiləcək və britaniyalı lord Sebastian Co daha şanslı görünür. Onun rəqibi Sergey Bubkadır.

S.Co deyib ki, prezident seçilərsə, qan analizlərinin aparılmasını assosiasiyaya tabeçilyi olmayan müstəqil quruma verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.