İdman

Futbolçunu hədələdilər: "Öləcəksən!"

2 Avqust 2015 10:08
0 Şərh     Baxış: 1 025
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbağça"nın sabiq futbolçusu Daniel Quizanın yeni komandası bəlli olub.

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Quiza İspaniyanın 3-cü liqasında yarışan "Kadiz" klubuna transfer olunub.

İmzalanma mərasimindən sonra 35 yaşlı futbolçu klubun azarkeşlərinin təhdidi ilə üzləşib. Buna Quizanın illər öncə "ölərəm, "Kadiz"də oynamaram" söyləməsi səbəb olub.

Belə ki, futbola "Kadiz"in əzəli rəqibi "Xereks" klubunda başlayan Quiza o zaman "Kadiz"də heç vaxt oynamayacağını bildirmişdi. Onun sözlərinə qəzəblənən azarkeşlər "öləcəksən, Quiza" deyərək futbolçunu ölümlə hədələyiblər. 

Etirazlar qarşısında aciz qalan İspaniya millisinin sabiq üzvü "keçmişdə dediyim sözlərə görə üzr istəyirəm. Həmin vaxt gənc idim və çox şeyin fərqində deyildim", - deyə azarkeşlərə səslənib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.