İdman

Azərbaycanda parlayan Natalya karyerasını bitirdi

1 Avqust 2015 19:49
0 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin sabiq voleybolçusu Natalya Hanıkoğlu karyerasını bitirib. 
Milli.Az apasport.az-a istinadən bildirir ki, bu bərədə qonşu ölkə mətbuatına Rusiya əsilli hücumçunun özü verib.
 
1998-ci ildən Türkiyə vətəndaşlığını qəbul edən və 2000-2006-cı illərdə "ay-ulduzlu" formanı geyinən 40 yaşlı oyunçu bildirib ki, artıq meydandan getməyin, yerini gənclərə verməyin vaxtıdı.
 
1994-1997-ci illərdə Rusiya millisinin də şərəfini qorumuş Hanıkoğlu 2010/2011 mövsümündə Azərbaycanda oynayıb. O, Super Liqada fərqlənməsə də, Bakı klubu ilə "Çelenc Cup"ı qazanıb. Bu isə Natalyanın avrokubokda yeganə tituldu. Çünki 3 dəfə Türkiyə, 2 dəfə Rusiya çempionu olan hücumçu qitəmiqyaslı yarışlarda baş mükafata sahib olmayıb. Hanıkoğlu hərəsində bir dəfə olmaqla, Çempionlar Liqasının, CEV kubokunun və "Çelenc Cup"ın finalında uduzub.
 
Onun kolleksiyasında həmçinin, Türkiyə (3 dəfə) və Rusiya (1 dəfə) kuboku da var. Hücumçu milli komandada Rusiya ilə dünya çempionatının bürünc, Türkiyə ilə isə Avropa çempionatının gümüş medalına da yiyələnib.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.