İdman

Van Qaal argentinalı futbolçunu cəzalandırmaq qərarına gəlib

1 Avqust 2015 15:37
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Lui van Qaal komandanın ABŞ turnesinə qatılmaqdan imtina edən, bununla da PSJ ilə anlaşması yönündə xəbərlərə əsas verən Anhel Di Marianı cəzalandırmaq qərarına gəlib.

Goal.az saytının "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, Di Maria artıq 360 min funt həcmində cərimələnib. Holland mütəxəsis bununla kifayətlənməyib əlavə cəzanın tətbiq olunmasına çalışır.

Eyni zamanda "qırmızı şeytanlar" argentinalı yarımmüdafiəçini satmaq üçün PSJ-dən tələb etdiyi məbləği də artırıb. Tərəflər transferin 43.7 milyon funta baş tutmasına əl sıxsalar da, "manikunianlar" Di Marianı 45 milyon funtda aşağı satmaq istəmədiyini bildirib. Paris klubu bu qiymətə də, böyük ehtimalla, razılaşacaq. Lakin əlavə məbləğ Di Marianın PSJ-də alacağı məvacibdən tutula bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.