İdman

"Mario ilə darıxmaq olmaz"

1 Avqust 2015 18:58
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"New York City"nin yarımmüdafiəçisi Andrea Pirlo həmyerlisi Mario Balotelli haqqında fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pirlo bunları deyib:

"Sizə deyim ki, Mario rast gələ biləcəyiniz ən yaxşı oğlanlardan biridir. İtaliya millisinin məşqlərində onun üzünə, sadəcə, baxanda gülmək istəyirdim. Mario ilə darıxmaq olmaz. O, gənc olanda səhvlər edib. Bunun özü də bilir. Ümid edirəm ki, növbəti mövsüm onun üçün yaxşı keçəcək. Çünki inanıram ki, Balotellinin Avropada ən güclü hücumçular sırasına daxil olmaq üçün bacarığı var".
Qeyd edək ki, Balotelli ötən mövsüm "Liverpul" forması ilə çıxdığı 16 oyunda 1 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.